Paris Sen-Jermen hücumçu Kilian Mbappeni satmaq üçün “Real”la danışıqlar aparır.
Lent.az xəbər verir ki, PSJ-nin Qətər rəhbərliyi Mbappenin klubla müqaviləni yeniləməmək qərarından ötən həftə məlumatlı olub. Bu səbəbdən Paris klubu Kristof Qaltyenin yerinə yeni baş məşqçinin namizədliyi ilə bağlı qərar verə bilmir.
PSJ Mbappeni pulsuz itirmək istəmir və buna görə də bu yay hücumçunu satmaq üçün artıq “Real Madrid”in prezidenti Florentino Pereslə əlaqə saxlayıb. Madrid klubu fransız ulduzun transferinə pul xərcləməyə hazır olduğunu bildirib. PSJ Mbappeni 200 milyon avrodan aşağı qiymətə buraxmaq fikrində deyil.
24 yaşlı Mbappe ötən mövsüm PSJ-nin bütün zamanların ən yaxşı bombardiri olub.