PSJ ilə müqavilə şərtlərini  razılaşdırdı
19 iyun 2023 11:28 (UTC +04:00)

PSJ ilə müqavilə şərtlərini razılaşdırdı

0

"Barselona"nın və İspaniya millisinin keçmiş baş məşqçisi Luis Enrike Fransanın hazırkı çempionu PSJ ilə müqavilə şərtləri razılaşdırıb.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, ispaniyalı mütəxəssislə müqavilə daha bir il uzadılması ehtimalı ilə iki il müddətinə nəzərdə tutulub. Enrikenin maaşı ildə təxminən 10 milyon avro olacaq.

Bununla yanaşı, Enrike aparıcı futbolçuların klubdan getməsinə etiraz etməyəcək. O, diqqətini gənc istedadlı futbolçuların inkişafına yönəltməyə hazırdır. İspaniyalı uzun müddət işləmək və seçdiyi oyunçularla komanda qurmaq istəyir.

Ötən mövsüm Kristof Qaltyenin rəhbərliyi altında PSJ Çempionlar Liqasının 1/8 finalına yüksəlib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2004

Oxşar yazılar