PSJ-nin azarkeşlər assosiasiyasının üzvləri İtaliyanın “Yuventus” klubunun serbiyalı futbolçusu Duşan Vlahoviçin parislilərə keçəcəyi təqdirdə onun üç barmağını kəsməklə hədələyiblər.
Lent.az bildirir ki, bu barədə İspaniyanın “Marca” nəşri xəbər verir.
Mənbənin sözlərinə görə, ultraslar Parisdəki ev stadionunda təhlükə olan pankart quraşdırıblar. Aksiyadan fotolar sosial şəbəkələrdə yerləşdirilib və yayılıb.
“Əgər gəlsəniz, üç barmağınızı kəsəcəyik”, - pankartdakı yazıda deyilir.
Futbolçunun Serbiya millisinin forması geyindiyi və Kosovonu ölkənin bir hissəsi kimi təsvir edən foto PSJ azarkeşlərini qəzəbləndirib. Şəkildə üç barmaq jesti göstərərək onu millətçi adlandırıblar.
Daha əvvəl fransalı hücumçu Kilian Mbappenin komandadan ayrılacağı təqdirdə Vlahoviçin PSJ-yə keçə biləcəyi bildirilirdi.