Postunda  qalması üçün   bunu etməlidir
08 may 2023 18:25 (UTC +04:00)

Postunda qalması üçün bunu etməlidir

0

"Vest Hem"in baş məşqçisi David Moyes klub Konfrans Liqasının qalibi olacağı təqdirdə postunda qala bilər.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, 60 yaşlı mütəxəssis üçün belə şərti “Vest Hem”in İngiltərə Premyer Liqasındakı çıxışından narazı qalan komanda rəhbərliyi qoyub.

35 oyundan sonra "Vest Hem" 37 xal toplayıb və turnir cədvəlində 15-ci yerdədir.

Mayın 11-də Konfrans Liqasının ilk yarımfinal oyununda “Vest Hem” Hollandiyanın “AZ” klubunu qəbul edəcək. Digər yarımfinalda "Fiorentina" və "Bazel" qarşılaşacaq.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1787

Oxşar yazılar