Pol Poqbanın  necə cəzalandırılacağı   AÇIQLANDI
10 mart 2023 18:39 (UTC +04:00)

Pol Poqbanın necə cəzalandırılacağı AÇIQLANDI

0

“Yuventus”un maliyyə direktoru Françesko Kalvo Almaniyanın “Frayburq”u ilə Avropa Liqasının 1/8 final mərhələsinin görüşü öncəsi komandanın toplantısına gecikən fransalı yarımmüdafiəçi Pol Poqbanı klubun necə cəzalandıracağını deyib. 

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, funksioner “qoca sinyora”nın oyun üçün heyətdən çıxarılan fransızın cərimə olunacağını bildirib.

“O gecikdi və oyunçular, xüsusən də mühüm rol oynayanlar qaydalara əməl etməlidirlər. Onu komandanın heyətinə salmamaq və cərimələmək düzgün qərar idi”, - Kalvo deyib.

Keçən yay "Yuventus"a keçən Pol Poqba müxtəlif  zədələr səbəbindən bu mövsüm Turin komandasının heyətində cəmi 2 oyunda iştirak edib və qol vura bilməyib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2070

Oxşar yazılar