Jair Bolsanaro
11 oktyabr 2021 19:22 (UTC +04:00)

Jair Bolsanaro

Peyvənd vurdurmayan prezident futbol oyununa buraxılmadı

0

Braziliya prezidenti Jair Bolsanaro milli çempionatın “Santos” və “Qremio” komandaları arasındakı oyununa buraxılmayıb.

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, dövlət başçısı COVID-19-a qarşı peyvənd vurdurmadığı üçün digər azarkeşlər kimi stadiona keçə bilməyib. 

“Peyvənd sertifikatı nəyimə lazımdır? Mən yalnız “Santos”un oyununu izləmək istəyirdim və məndən peyvənd olunub -olunmadığını soruşurlar. Nə üçün? Mənim antitelim peyvənd olunanlardan çoxdur”, - Bolsanaro qəzəblənib.

Koronavirus pandemiyası zamanı Jair Bolsonaro dəfələrlə peyvəndlərə və karantin tədbirlərinə qarşı çıxıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1594

Oxşar yazılar