Pelenin  SON ARZUSU   AÇIQLANDI
03 mart 2023 15:45 (UTC +04:00)

Pelenin SON ARZUSU AÇIQLANDI

0

Üçqat dünya çempionu Pelenin qızı Keli Kristina Nasimento dünya futbolunun əfsanəsinin son arzusundan danışıb.

Lent.az bildirir ki, Pele ötən il dekabrın 29-da uzun sürən xəstəlik nəticəsində dünyasını dəyişib. Braziliyalı Qətərdə keçirilən dünya çempionatı zamanı xəstəxanada idi və qızının dediyinə görə, Braziliya 1/4 finalda Xorvatiyaya uduzaraq turnirdən kənarlaşdırıldıqdan sonra Argentinanın dünya kubokunu qazanmasını arzulayırdı.

Keli argentinalı hücumçu Lionel Messinin həyat yoldaşı Antonella Rokusso ilə fotosunu sosial şəbəkədə paylaşaraq bu sözləri yazıb: “Bu, Messinin həyat yoldaşı gözəl və zərif Antonela Rokussodur. Messi ilə görüşmək imkanım olmadı, ona görə də hər ziyafətdə (qadınlar tualetində) bu sehrli yerdə onunla qarşılaşanda onun vasitəsilə ona mesaj göndərdim.

Braziliya Xorvatiyaya uduzdu, atamın artıq vəziyyəti pisləşirdi. Hamı istəyirdi ki, Braziliya bu kuboku atam üçün qazansın. Braziliya məğlubiyyətindən sonra xəstəxana otağına girən hər kəs (hər gün axıra qədər) ondan soruşdu: “Nə oldu, Pele? İndi hansı komandanın qalib gəlməsini istəyirsiniz? Sözsüz ki, Argentinanın! Və cavab verdi:

“Argentina, bəli! dünya kuboku Cənubi Amerikada qalmalıdır və Messi buna layiqdir. Bəli. Messi buna layiqdir”. O, artıq televizorda finala baxa bilmirdi, amma Argentinanın qalib gəldiyini və Messinin kuboku qaldırmağı bacardığını başa düşmüşdü. Və o xoşbəxt idi”.

Xatırladaq ki, dünya çempionatının finalında Argentina Fransanı penaltilər seriyasında məğlub edib (2:2, 1:1, 4:2).


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2056

Oxşar yazılar