Anxel Di Mariya gələn mövsüm "Yuventus"da qalmayacaq.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə Turin klubundan məlumat verilib. Qeyd olunur ki, futbolçunun müqaviləsi iyunun 30-dək qüvvədədir və uzadılmayacaq.
Qeyd edək ki, 35 yaşlı futbolçu ötən mövsüm "qoca sinyora"nın heyətində 40 oyunda 8 qol vurub və 7 məhsuldar ötürmə verib.

Bu arada “Record” nəşri Argentina millisinin heyətində dünya çempionunun artıq özünə yeni komanda tapdığını yazıb. Cinah oyunçusu gənc yaşlarında çıxış etdiyi Portuqaliyanın "Benfika"sına qayıdacaq.
Tərəflərin keçidin bütün təfərrüatlarını həll etdiyi bildirilir. Futbolçu ilə 2024-cü ilin yayına kimi müqavilə imzalanacaq. Di Mariyanın seçimində milli komanda yoldaşı Nikolas Otamendinin “qartallar”dakı çıxışı həlledici olub. Qeyd edək ki, Di Mariya 2007-2010-cu illərdə "Benfika"da çıxış edib.