Onun “Barselona”ya  qayıtması ideyasını   DƏSTƏKLƏMƏDİ
21 iyun 2023 12:02 (UTC +04:00)

Onun “Barselona”ya qayıtması ideyasını DƏSTƏKLƏMƏDİ

0

Neymarın Kataloniya nəhənginə qayıtmaq istəyinə "Barselona"nın baş məşqçisi Xavi Hernandezin reaksiyası məlum olub.

Lent.az bildirir ki, “Diario Sport”un  xəbərinə görə, mütəxəssis bu fikri dəstəkləməyib. O hesab edir ki, “Barselona” digər mövqeləri gücləndirməyə diqqət yetirməlidir.

Daha əvvəl PSJ-də çıxış edən 31 yaşlı braziliyalının "Kamp Nou"ya qayıtmaq üçün maaşını azaltmağa hazır olduğu bildirilirdi.

Xatırladaq ki, Neymar 2013-2017-ci illərdə "Barselona"da çıxış edib. Hücumçu ötən mövsüm Liqa 1-də 20 oyuna çıxıb, 13 qol vurub və 11 məhsuldar ötürmə verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1601

Oxşar yazılar