Neymar Pelenin qol rekordunu yenilədi
09 sentyabr 2023 08:42 (UTC +04:00)

Neymar Pelenin qol rekordunu yenilədi

0

Braziliya millisinin hücumçusu Neymar əfsanəvi futbolçu Pelenin milli komandadakı qol rekordunu yeniləyib.

Lent.az xəbər verir ki, bu göstəriciyə o, Boliviya millisi ilə 2026-cı il dünya çempionatının seçmə mərhələsində ki matçda dubl edərək nail olub.

Rəqibini 5:1 hesabı ilə məğlub edən Braziliyada iki qol vuran Neymar yığma komandadakı qol hesabını 79-a çatdıırıb.

Bununla o, 77 qola vuran əfsanəvi futbolçu Peleni geridə qoyub.

Qeyd edək ki, Boliviya ilə matçın 17-ci dəqiqəsində Neymar təyin olunmuş penalti zərbəsini yerinə yetirə bilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 6881

Oxşar yazılar