Braziliya millisinin hücumçusu Neymar ən hücumçu məğlubiyyətindən danışıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, o, həmin məğlubiyyətin 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında Xorvatiya ilə matçda qeydə alındığını deyib:
“Təəssüf ki, dünya çempionluğu növbəti dəfə uğursuz oldu. Kədərlidir, bundan acı itki yox idi. Artıq etdiyimiz yaxşı işləri xatırlamalıyıq. Dünya çempionatında çıxış edən futbolçularımız var, bizə çoxlu gənclər gəlir və inkişaf edir. Biz daha yaxşı olacağıq. Dünya çempionatına 3 il qalıb, lakin vaxt çox tez gəlir. Hazırlığa indidən başlamalıyıq. Yeniləmə mərhələsinə başlayırıq. Bu bir gecədə baş vermir. Amma biz məqsədlərimizə çatmaq üçün əlimizdən gələni etməyə çalışacağıq”.