“Napoli”nin yeni baş məşqçisi məlum oldu
16 iyun 2023 02:25 (UTC +04:00)

“Napoli”nin yeni baş məşqçisi məlum oldu

0

Fransalı mütəxəssis Rudi Qarsiya İtaliyanın "Napoli" klubunun yeni baş məşqçisi təyin olunub.

Lent.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Mütəxəssis ötən mövsüm A seriyasında "Napoli"yə qələbə qazandıran Luçano Spallettini əvəzləyib.

R.Qarsiya Fransanın “Lill”, “Marsel”, “Lion”, İtaliyanın “Roma” və Səudiyyə Ərəbistanının “Əl-Nasr” klublarını çalışdırıb.

Aprelin 13-də Qarsiya “Əl-Nasr” klubunda vəzifəsindən istefa verib. Mütəxəssislə müqaviləyə tərəflərin qarşılıqlı razılığı əsasında xitam verilib. Səudiyyə Ərəbistanı klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldonun fransalı məşqçinin işindən və oyun tərzindən narazı olduğunu dilə gətirdiyi haqda xəbər yayılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1883

Oxşar yazılar