"Roma" İtaliya çempionatının XXIV turunda gözlənilməz məğlubiyyətlə üzləşib.
Lent.az xəbər verir ki, Joze Mourinyonun yetirmələri səfərdə bu oyunadək autsayder olan "Kremoneze"yə 1:2 uduzub.
Bu oyunun 46-cı dəqiqəsində "Roma"nın baş məşqçisi birbaşa qırmızı vərəqə alaraq texniki zonadan qovulub.
Qeyd edək ki, "Roma" 44 xalla 5-ci, "Kremoneze" 12 xalla 19-cudur.