Millimizin hücumçusu İsveç klubunda ilk qolunu vurdu
23 avqust 2023 21:33 (UTC +04:00)

Millimizin hücumçusu İsveç klubunda ilk qolunu vurdu

0

Azərbaycan millisinin futbolçusu Musa Qurbanlı İsveçin “Yurqorden” komandasında ilk qolunu vurub.

APA xəbər verir ki, 21 yaşlı hücumçu ölkə kubokunda “Sandviken”ə qarşı keçirilən oyunda fərqlənib.

Səfər görüşünün 12-ci dəqiqəsində rəqib qapısına yol tapan gənc forvard komandasının ikinci qolunun müəllifi olub.

Qeyd edək ki, hazırda ilk hissəsi oynanılan qarşılaşmada qonaqlar hesabda öndədirlər - 2:1.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2511

Oxşar yazılar