Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubu PSJ-nin hücumçusu Lionel Messiyə hər mövsüm üçün 94 milyon dollarlıq müqavilə təklif etməyə hazırdır.
Lent.az bildirir ki, bu barədə İspaniya mətbuatı xəbər verir.
Mənbənin məlumatına görə, 35 yaşlı argentinalı bu təklifi artıq alıb və müddəti hər növbəti mövsüm üçün uzadıla bilər.
Daha əvvəl Messinin karyerasını Avropada davam etdirmək istədiyi, ABŞ və Yaxın Şərqdən gələn təklifləri nəzərə almadığı bildirilirdi.
Messi bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 28 oyuna çıxıb, 17 qol vurub və 16 məhsuldar ötürmə edib. Fransa çempionu ilə hazırkı müqavilə bu mövsümün sonuna kimi hesablanıb.