Argentinalı hücumçu Lionel Messi peşəkar karyerasının ən sürətli qolunu Avstraliya komandası ilə yoldaşlıq görüşündə vurub.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, argentinalıların kapitanı artıq 79-cu saniyədə sol ayağından zərbə endirərək rəqibin qapısına yol tapıb. Birinci hissədən sonra yoldaşlıq görüşündə hesab 1:0 dünya çempionlarının xeyrinə olub.
Bundan əlavə, Messi millinin heyətində ardıcıl yeddinci oyunda qol vurub ki, bu da 35 yaşlı futbolçunun ən çox qol vurma seriyası olub.