Lionel Messi “Socios.com” blokçeyn-platforması ilə müqavilə imzalayıb.
Apasport.az saytının məlumatına görə, ilkin anlaşma 3 il müddətinə nəzərdə tutulub.
Argentinalı brendin baş ambassadoru rolunu yerinə yetirəcək. “Socios”un Lionellə olan tokenlər seriyası buraxacağı gözlənilir.
Messi bu əməkdaşlıqdan böyük vəsait əldə edəcək. Onun qazancının 20 milyon dolları keçəcəyi ehtimal olunur.