Messi “İnter Mayami” ilə  meydana çıxır:   Tarix AÇIQLANDI
21 iyun 2023 09:42 (UTC +04:00)

Messi “İnter Mayami” ilə meydana çıxır: Tarix AÇIQLANDI

1

Amerika Birinci Futbol Liqasının (MLS) “İnter Mayami” klubunun sahibi Jorge Mas bildirib ki, onların yeni transferi Lionel Messi iyulun 21-də debüt edə bilər.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, ABŞ-ın “Miami Herald” qəzetinə verdiyi açıqlamada Messinin Meksikanın “Cruz Azul” komandası ilə qarşılaşacağı 2023 Liqalar Kubokunun qrup mərhələsinin ilk oyununda meydana çıxmağı planlaşdırdığını bildirib.

MLS və Meksika Birinci Liqa (Liqa MX) komandalarının iştirak etdiyi Liqalar Kuboku bu il iyulun 21-dən avqustun 19-dək keçiriləcək.

Argentina millisinin 2022-ci il  dünya çempionatında 7 qolla qələbə qazanmasında aparıcı rol oynayan 35 yaşlı Messi 7 dəfə “France Football” jurnalının verdiyi “Qızıl top” mükafatını qazanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 1695

Oxşar yazılar