Messi  Avropada qalmaq üçün   YENİ VARİANT axtarır
02 mart 2023 19:14 (UTC +04:00)

Messi Avropada qalmaq üçün YENİ VARİANT axtarır

0

Lionel Messi karyerasını Avropada davam etdirmək niyyətindədir. 

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, PSJ ilə müqaviləsi yayda başa çatacaq 35 yaşlı argentinalı hücumçu qitəni tərk etmək fikrində deyil və burada yeni variant axtarır.

Üstəlik, jurnalistlərin sözlərinə görə, hücumçu əvvəlcə MLS və ya Səudiyyə Ərəbistanına keçmək barədə düşünüb, lakin zaman keçdikcə onlardan imtina edib və artıq bu ölkələrdən gələn təklifləri nəzərə almır.

Xatırladaq ki, Messi bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 28 oyunda 17 qol vurub və 16 məhsuldar ötürmə verib.

Daha əvvəl Lionel Messinin Səudiyyə Ərəbistanına keçəcəyi təqdirdə Kriştiano Ronaldonun maaş rekordunu əlindən ala biləcəyi bildirilirdi.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1828

Oxşar yazılar