Məşhur müdafiçiyə ZORLAMA İTTİHAMI
03 mart 2023 15:17 (UTC +04:00)

Məşhur müdafiçiyə ZORLAMA İTTİHAMI

0

Fransa prokurorları PSJ-nin və Mərakeş milli futbol komandasının müdafiəçisi Əşrəf Hakimini zorlamada ittiham edib.

Lent.az bildirir ki, bu barədə Fransa mətbuatı xəbər verir.

Bundan əvvəl məlum olub ki, Hakiminin artıq ifadəsi alınıb, bundan sonra ona qarşı ittiham irəli sürülüb və o, hakim tərəfindən məhkəmə nəzarətinə götürülüb.

Zorakılığa məruz qaldığı iddia edilən 24 yaşlı qız polisə müraciət etsə də, şikayətçi olmayıb və iş onun ifadəsi əsasında başlayıb. O, futbolçu ilə sosial şəbəkələrdə tanış olduğunu iddia edib və fevralın 25-də Hakiminin ona sifariş verdiyi taksi ilə futbolçunun evinə gəldiyi iddia edilib. Evdə etirazlara və azad olmaq cəhdlərinə baxmayaraq, onu incitməyə başlayıb.

Hakiminin müdafiəçiləri bütün ittihamları rədd edib, PSJ  də 24 yaşlı oyunçunu dəstəkləyib və onun günahsız olduğunu israr edib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2616

Oxşar yazılar