Məşhur futbolçu Səudiyyə Ərəbistanına getdi
04 sentyabr 2023 12:40 (UTC +04:00)

Məşhur futbolçu Səudiyyə Ərəbistanına getdi

0

Belçikalı yarımmüdafiəçi “Atletiko Madrid”in futbolçusu Yannik Ferreyra Karrasko ölkənin yüksək liqasında çıxış edən “Əl Şabab” klubuna keçmək üçün Səudiyyə Ərəbistanına gedib.

Lent.az xarici mediaya istinadla bildirir ki, bütün sənədlər imzalanıb, tibbi müayinələr aparılıb və 3 illik müqavilə imzalanıb. Daha əvvəl keçidin dəyərinin 15 milyon avronu keçəcəyi bildirilmişdi.

Keçən mövsüm 29 yaşlı futbolçu İspaniya çempionatında “Atletiko Madrid”in heyətində 35 oyun keçirib, bu oyunlarda yeddi qol və üç məhsuldar ötürmə ilə yadda qalıb.

Transfermarkt-ın məlumatına görə, belçikalı futbolçunun bazar dəyəri 25 milyon avrodur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2383

Oxşar yazılar