Böyük Britaniyada 60 ildən artıq yaşayıb-yartmış, bizneslə məşğul olan misirli milyarder Məhəmməd əl-Fayed 94 yaşında vəfat edib.
Lent.az xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.
Məhəmməd əl-Fayed 1997-2013-cü illərdə İngiltərənin "Fulham" futbol klubunun sahibi olub, sonradan onu pakistanlı sahibkar Şahid Xana satıb.
Misirli milyarder 25 ildən artıqdır ki, Londonda dəbdəbəli malların satıldığı "Harrods"un da sahibi olub.
Əl Fayed onu 2010-cu ildə 1,5 milyard funta (1,9 milyard dollar) Qətərin dövlət investisiya fonduna satıb.
Şahzadə Diana və sevgilisi əl-Fayedin oğlu Dodi əl-Fayedlə 1997-ci ilin avqustun 31-də Parisdə avtomobil qəzasında həlak olublar.
2008-ci ildə London Ali Məhkəməsində andlı iclasçılar qəzaya sürücünün səhlənkarlığı və təqib edən müxbirlərin səbəb olduğu qənaətinə gəlib.