Mərc etdi, ağır cəza ALDI
13 sentyabr 2023 23:34 (UTC +04:00)

Mərc etdi, ağır cəza ALDI

0

İngiltərədə daha bir futbolçu mərc oyunlarına görə 5 ay cəzalandırılıb.

Lent.az xəbər verir ki, “Nottingem Forest” müdafiəçisi Harri  Toffolo şərti cəzaya məruz qalıb.

Toffolo İngiltərə Futbol Assosiasiyasının qaydalarını pozaraq, 2014-2017-ci illərdə  375 dəfə pul qoyuluşu edib. O, həmin dövrdə “Norviç Siti”yə məxus olub və “Suindon”, “Roterhem”, “Piterboro”, “Skantorp” kimi klublarda icarə əsasında oynayıb. 28 yaşlı futbolçunun şərti cəzası 2024/25 mövsümünün sonunadək uzadılıb. Harri 25 min avro cərimələnib.

Qeyd edək ki, Toffolo 2022-ci ilin yayından “Nottingem Forest”də çıxış edir. O, bu mövsüm bir oyunda meydana çıxıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2654

Oxşar yazılar