Kilian Mbappe
06 oktyabr 2021 11:51 (UTC +04:00)

Kilian Mbappe

Mbappenin “Realda”kı maaşı məlum oldu 

0

"Real Madrid", fransalı superforvard Kilian Mbappenin çoxdan gözlənilən transferinə yaxınlaşır. 

Lent.az xarici mediaya istinadla bildirir ki, PSJ-nin Mbappeni heyətində saxlamağın çətin olacağı görünür.

"Kral" klubunun rəhbərliyi də ulduz hücumçu Kilian Mbappé ilə müqavilə bağlaya biləcəyinə əmindir.

“Real”ın prezidenti Florentino Peres fransalı hücumçuya hər il 40 milyon avro əmək haqqı ödəmək şərtilə 6 illik müqavilə təklif edib. Beləliklə, Mbappe Madriddə olduğu müddətdə 240 milyon alacaq.

PSJ də ulduz oyunçusu ilə azasnlıqla yollarını ayırmağa hazırlaşmır və gələn ilin iyununda başa çatacaq müqaviləsini uzatmağa cəhd edir. Amma bunun üçün 22 yaşlı forvardın maddi vəziyyətini xeyli yaxşılaşdırmalıdırlar.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3505

Oxşar yazılar