Mbappe "Real"a getmədiyi üçün peşmandır
11 mart 2023 19:01 (UTC +04:00)

Mbappe "Real"a getmədiyi üçün peşmandır

0

PSJ-nin hücumçusu Kilian Mbappe hələ də karyerasını “Real Madrid”də davam etdirmək şansına malikdir.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, fransız futbolçu 2022-ci ildə Paris klubunun razılığına uyaraq Madrid klubuna keçmək əvəzinə yeni müqavilə imzalamasından təəssüflənir.

Mbappe gələcəkdə “Real Madrid”ə keçmək arzusunda olduğunu bildirib və tanışlarına ispan klubunun onun transferində maraqlı olub-olmadığını öyrənmək üçün müraciət edib.

Ötən ilin mayında Mbappenin PSJ ilə 2025-ci ilə qədər nəzərdə tutulan yeni müqavilə imzaladığı məlum olub.

Fransanın cari çempionatında Mbappe 22 matçda iştirak edib, 18 qol vurub və 3 məhsuldar ötürmə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3205

Oxşar yazılar