Boks üzrə keçmiş mütləq dünya çempionu Mayk Tayson hazırkı fiziki formasını nümayiş etdirib.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, Tayson şəklin altına "Hələ yaxşıyam" yazıb.
İndi 57 yaşlı Tayson keçmiş MMA döyüşçüsü Frensis Nqannunu məğlubiyyətsiz boksçu Tayson Fyuri ilə boks görüşünə hazırlayır.