Sualtı qayıqlar necə gizlənir? - Elmdə gizli yalanlar
30 mart 2026 17:33 (UTC +04:00)

Sualtı qayıqlar necə gizlənir? - Elmdə gizli yalanlar

0

Sualtı qayıqları hərbi texnologiyanın ən möhtəşəm nailiyyətlərindən biri hesab olunur. Bu texnika sayəsində gəmilər uzun müddət suyun altında qalaraq düşməni gizli şəkildə izləyə və ya hücum edə bilir. Mütəxəssislərin sözlərinə görə, atom sualtı qayıqları hermetik quruluşa malik olduğu üçün aylarla suyun altında fəaliyyət göstərə bilir. Bu da onlara həm müşahidə aparmaq, həm də gözlənilməz hücumlar həyata keçirmək imkanı yaradır.

Lent.az xəbər verir ki, bütün bunlara baxmayaraq, sualtı qayıqlara qarşı müxtəlif aşkarlama sistemləri, xüsusilə aktiv və passiv sonar texnologiyaları hazırlanıb. Lakin qayıqlar elə dizayn olunur ki, bu sistemlərdən maksimum dərəcədə yayınsın.

Alimlər bildirir ki, sualtı qayıqların görünməzliyi əslində sadə elmi prinsiplərə əsaslanır. İlk növbədə, onların forması xüsusi əhəmiyyət daşıyır. Qayıqların hamar və yuvarlaq gövdəsi sonar dalğalarının birbaşa əks olunmasının qarşısını alır. Bu isə onları aşkar etməyi çətinləşdirir.

Bundan əlavə, bəzi sualtı qayıqlar xüsusi örtüklərlə, məsələn, rezin materiallarla təchiz olunur. Bu materiallar sonar siqnallarını həm udur, həm də yayır. Nəticədə geri qayıdan siqnal zəif olur və operator üçün dəqiq məlumat əldə etmək çətinləşir.

Digər vacib amil isə səsin minimuma endirilməsidir. Passiv sonar sistemləri ətrafdakı səsləri dinlədiyi üçün sualtı qayıqlar mümkün qədər səssiz işləməlidir. Bu məqsədlə mühərriklər xüsusi amortizasiya ilə qorunur, pervanələr isə səs-küyü azaltmaq üçün xüsusi formada hazırlanır.

Mütəxəssislər qeyd edir ki, ən böyük səs mənbələrindən biri qayıqların hərəkət sistemidir. Buna görə də pervanələrin əyri formada dizayn edilməsi suyun içində yaranan qabarcıqları azaldır və səs səviyyəsini aşağı salır.

Bütün bu texnologiyalar sayəsində sualtı qayıqlar həm gözlə, həm də sonar cihazları ilə aşkar olunması çətin olan hərbi vasitələrdən biri olaraq qalır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 222

Oxşar yazılar