Qazaxıstan Daxili İşlər Nazirliyinin Kriminal Polis Departamentinin əməkdaşları Jambıl vilayəti ərazisində beynəlxalq axtarışda olan ər-arvad cütlüyünü saxlayıblar.
Lent.az yerli mediaya istinadla bildirir ki, istintaqın məlumatına görə, 40 yaşlı kişi və onun 45 yaşlı həyat yoldaşı aldatma, eləcə də etibardan sui-istifadə yolu ilə müxtəlif bəhanələrlə Astana, həmçinin Semey sakinlərinin pul vəsaitlərini ələ keçiriblər.
Daxili İşlər Nazirliyindən bildirilib ki, ümumi zərər məbləği təxminən 200 milyon tenge təşkil edib.
Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, şübhəlilər uzun müddət ərzində regionun yaşayış məntəqələrindən birində tanışlarının yanında gizləniblər.
Saxlanılan şəxslər müvəqqəti saxlanma təcridxanasına yerləşdiriliblər.