Bu 8 əşyanı   paltaryuyanda yumaq olar - Çoxları bilmir
30 mart 2026 16:56 (UTC +04:00)

Bu 8 əşyanı paltaryuyanda yumaq olar - Çoxları bilmir

0

Bir çox insan paltaryuyan maşında hansı əşyaların yuyulmasının qadağan olduğunu yaxşı bilir. Çünki bəzi məhsullar maşına zərər verir və ya tamamilə yararsız hala düşə bilir. Buna görə də onları əl ilə və ya kimyəvi təmizləmədə yumaq tövsiyə olunur. Bunun əksinə, paltaryuyan maşında rahatlıqla yuyula bilən, amma çoxlarının istifadə etmədiyi əşyalar da var.

Lent.az xəbər verir ki, bu siyahıya yastıq, oyuncaqlar, çantalar və digər gündəlik istifadə olunan əşyaları da daxildir.

Maşında yuyula bilən gözlənilməz əşyalar

Duş pərdələri

Əksər hallarda əl ilə təmizlənən duş pərdələri əslində paltaryuyan maşında da yuyula bilər. Əgər məhsul poliester, vinil və ya neylondandırsa, onu rahatlıqla maşına yerləşdirmək olar. Lakin kondisioner istifadə etmək və quruducuda qurutmaq məsləhət görülmür.

İdman çantaları və bel çantaları

Çirklənmiş çantaları əl ilə təmizləmək əvəzinə maşında yumaq mümkündür. Əsas şərt çanta tam boş olmalı, fermuarları bağlanmalı və çıxarıla bilən metal hissələr əvvəlcədən çıxarılmalıdır. Yuma öncəsi tozun süpürülməsi də tövsiyə olunur.

Plyuş oyuncaqlar

Köhnəlmiş oyuncaqları atmağa tələsməyin. Onları yumaqla yenidən istifadə etmək olar. Əgər oyuncağın içində batareya, metal detal və ya həssas doldurucu yoxdursa, maşın yuması zərər verməz. Oyuncaqları yuma torbasına və ya yastıqüzünə qoymaq və uşaq geyimləri üçün nəzərdə tutulmuş yumşaldıcıdan istifadə etmək daha məqsədəuyğundur.

Krossovkalar

Bəzi idman ayaqqabılarını da maşında yumaq olar. Parça, pambıq, poliester və ya neylondan olan modellər buna uyğundur. Lakin zamşa, dəri və rezin materialdan olan ayaqqabılar maşında yuyulduqda zədələnə bilər.

Yastıqlar

Adi tüklü və sintetik yastıqları maşında yumaq mümkündür. Bu zaman aşağı temperatur seçmək və sıxma funksiyasını söndürmək tövsiyə olunur. Amma ortopedik və “memory foam” tipli yastıqlar üçün bu üsul uyğun deyil.

Mətbəx əlcəkləri (tutacaqlar)

Sintetik materialdan hazırlanmış mətbəx əlcəklərini zərif rejimdə, təxminən 40 dərəcə temperaturda yumaq olar. Qurudulma isə açıq havada aparılmalıdır.

Kepkalar

Pambıq və ya poliester kepkalar maşında yuyula bilər. Lakin karton hissəli (kozırka) modellər yalnız əl ilə təmizlənməlidir. Ləkələr əvvəlcədən ləkə çıxarıcı ilə işlənməli və sonra məhsul torbada zərif rejimdə yuyulmalıdır.

Şvabra başlıqları

Təkrar istifadə olunan şvabra başlıqları maşında yaxşı təmizlənir. Onları zərif deyil, intensiv rejimdə və isti su ilə yumaq lazımdır ki, bakteriyalar və çirk tam təmizlənsin. Daha dərin dezinfeksiya üçün 100 qram soda əlavə etmək olar, lakin kondisioner istifadə etmək məsləhət görülmür.

Mütəxəssislər qeyd edir ki, düzgün qaydalara əməl edildiyi halda paltaryuyan maşın yalnız geyimlər üçün deyil, bir çox məişət əşyasının təmizliyi üçün də effektiv vasitədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 230

Oxşar yazılar