Zaqatalada qəza törədən sürücülərdən biri məktəb direktoru olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, "Mercedes" markalı avtomobili idarə edən Samir Yusifov şahmat məktəbinin direktoru imiş.
Qəza zamanı onun həyat yoldaşı da avtomibildə olub və ağır yaralanıb.
***
Saat 17:51
Zaqatalada baş verən yol qəzasında bir nəfər hadisə yerində ölüb, daha 5 nəfər xəsarət alıb.
Lent.az xəbər verir ki, hadisə Zaqatala-Muğanlı yolunun Aşağı Tala kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Muğanlı kənd sakini Elvin İsmayıl oğlu Qurbanovun idarə etdiyi “VAZ-21011" markalı minik avtomobili ilə Faldar kənd sakininin idarə etdiyi "Mersedes C 200" markalı avtomobil toqquşub.
"VAZ 21011" markalı avtomobildə olan sərnişin, sürücünün əmisi, 54 yaşlı Ülfət İsrafil oğlu Qurbanov aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Ülfət Qurbanovun meyiti yanğınsöndürən-xilasedicilər tərəfindən qəza-xilasetmə alət və avadanlıqlardan istifadə etməklə minik avtomobilindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qəza zamanı xəsarət alan Elvin Qurbanov, onun avtomobilində olan sərnişin, Muğanlı kənd sakini Səməndər Mehman oğlu Qurbanlı, "Mersedes" markalı avtomobilin sürücüsü, onun sərnişini olan Faldar kənd sakini, 50 yaşlı Natavan Rəsul qızı Yusifova və daha bir nəfər aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə korpusuna yerləşdirliblər.
DİN-in mətbuat xidmətinin regional qrupundan Lent.az-a bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb, araşdırma aparılır.
***
17:13
Zaqatalada ölümlə nəticələnən yol qəzası baş verib.
Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Zaqatala-Muğanlı avtomobil yolunda, Aşağı Tala kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, hərəkətdə olan minik avtomobilləri toqquşub. Qəza zamanı bir nəfər aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb, bir neçə nəfər isə xəsarət alıb.
Hadisə yerinə rayon Polis Şöbəsinin əmkdaşları və xilasedicilər cəlb olunub.