"İnter Mayami"nin və Argentina millisinin hücumçusu Lionel Messi ABŞ-da malikanə alıb,
Lent.az bildirir ki, bu barədə RMC Sport "The Real Deal" daşınmaz əmlak agentliyinin məlumatlarına istinadən xəbər verir.
Məşhur futbolçunun aldığı dəniz mənzərəli ev Floridanın cənubundakı şərq sahilində, Mayamidən 45 kilometr aralıda kurort şəhəri olan Fort-Louderdeyldə yerləşir.
Malikanənin ümumi sahəsi 976 kvadratmetr olan səkkiz yataq otağı, ərazisində hovuz, idman zalı və spa, həmçinin iki dayaq var. Onun dəyəri 10 milyon avronu keçir.
Messi üçün bu malikanənin üstünlüyü klubun məşq mərkəzinə və stadionuna yaxın olmasıdır.