Marselinonun "Marsel"in baş məşqçisi kimi fəaliyyəti başa çatmaq üzrədir.
Lent.az bildirir ki, “L'Equipe”nin xəbərinə görə, ispan məşqçi yalnız iyunun sonunda kluba rəhbərlik etsə də, cəmi 7 oyundan sonra komandadan ayrıldığını futbolçulara elan edib.
Marselino "Marsel"in baş məşqçisi postunda İqor Tudoru əvəzləyib. Xorvatiyalı müqaviləsini başa vurmadan klubu tərk edib və bunun üçün “şəxsi və peşəkar səbəbləri” bəhanə edib.
“Marsel” mövsümə çətin başlayıb. Çempionlar Liqasının təsnifat mərhələsində "Panatinaikos"a ümumi hesabda uduzublar. Komanda Fransa çempionatında üçüncüdür, lakin nümayiş etdirdikləri futbol ümidverici görünmür. Azarkeşlər bazar günü “Tuluza” ilə 0:0 hesablı heç-heçədən sonra məyus olduqlarını bildiriblər. Bazar ertəsi tərəfdar qrupları ilə klub rəhbərliyi arasında "son dərəcə gərgin" görüş olub.