"Mançester Yunayted"in  satışı ləngiyir   - SƏBƏB
01 mart 2023 17:23 (UTC +04:00)

"Mançester Yunayted"in satışı ləngiyir - SƏBƏB

0

“Mançester Yunayted”in satışı komanda sahiblərinin qərarsızlığı səbəbindən ləngiyir.

Lent.az bildirir ki, bu barədə Britaniya mətbuatı xəbər verir ki, 

Mənbənin sözlərinə görə, klubun sahibi olan Qleyzer ailəsi bundan sonrakı fəaliyyət planı barədə qərar verə bilmir və onun hər bir üzvü sövdələşmədən öz anlayışına malikdir.

Bununla əlaqədar olaraq, jurnalistlər qeyd edirlər ki, İngiltərənin aparıcı futbol klublarından birinin satışı ilə bağlı müqavilə mövsümün sonuna qədər təxirə salınacaq.

Daha əvvəl Qleyzerlərin klubu 6 milyard funta satmaq istədiyi bildirilirdi. Qətər şeyxi Həməd bin Casim bin Cabir Al Tani 4,5 milyard avro təklif edib. Kluba britaniyalı milyarder Cim Ratklif də iddia edir.

Fevralın ortalarında potensial alıcılardan təkliflərin toplanması dayandırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1622

Oxşar yazılar