“Mançester Yunayted”in kapitanlığından  məhrum edildi
17 iyul 2023 09:27 (UTC +04:00)

“Mançester Yunayted”in kapitanlığından məhrum edildi

0

"Mançester Yunayted"in futbolçusu Harri Maquayr öz “Twitter” hesabında artıq komandanın kapitanı olmadığını açıqlayıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, müdafiəçinin sözlərinə görə, bu qərarı “Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq verib və o, kapitan sarğısını başqa oyunçuya ötürəcəyi ilə bağlı artıq Maquayre şəxsən məlumat verib.

Maquayr 3 il yarım əvvəl, norveçli Ule-Qunnar Sulşer komandanın baş məşqçisi olanda “Mançester Yunayted”in kapitanı olub. 

30 yaşlı müdafiəçi 2019-cu ilin avqustunda “Mançester Yunayted”ə keçib, “Mançester Yunayted” futbolçunun transferi üçün “Lester Siti”yə 87 milyon avro ödəyib. Ümumilikdə Maquayr “Mançester Yunayted”in heyətində 175 oyuna çıxıb, 7 qol vurub və 7 məhsuldar ötürmə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1594

Oxşar yazılar