“Mançester Yunayted” türkiyəli qapıçını aldı
01 sentyabr 2023 13:48 (UTC +04:00)

“Mançester Yunayted” türkiyəli qapıçını aldı

0

“Mançester Yunayted” türkiyəli qapıçı Altay Bayındırın transferini rəsmi saytında açıqlayıb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, qapıçının “qırmızı şeytanlar”la müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir və daha bir mövsüm uzadılması mümkündür.

Bayındır “Mançester Yunayted”in tarixində ilk türk futbolçu olub.

Daha əvvəl Bayındırın “Fənərbaxça”dan “Mançester Yunayted”ə transferinin 7 milyon avro olduğu bildirilirdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2788

Oxşar yazılar