“Mançester Yunayted” məğlub oldu, futbolçular dalaşdı
20 sentyabr 2023 10:46 (UTC +04:00)

“Mançester Yunayted” məğlub oldu, futbolçular dalaşdı

0

“Mançester Yunayted”in futbolçuları Premyer Liqada uduzduqları oyundan sonra münaqişəyə giriblər.

Lent.az xarici mediaya istinadən bildirir ki, “Mançester Yunayted”in soyunub-geyinmə otağında “Brayton”la oyundan sonra 4 oyunçu arasında münaqişə baş verib. Mübahisə yarımmüdafiəçilər Bruno Fernandes və Scott McTominay, həmçinin müdafiəçilər Lisandro Martinez və Viktor Lindelof arasında baş verib. Qeyd olunur ki, İngiltərə klubunun baş məşqçisi Erik ten Haq oyunçuları sakitləşdirib. 

Xatırladaq ki, Premyer Liqanın 5-ci turunun oyununda “Mançester Yunayted” öz meydanında“Brayton”a 3:1 hesabı ilə uduzub. “Mançester Yunayted” 6 xal toplayıb və Premyer Liqanın turnir cədvəlində 13-cü yerdədir. Komanda bu il 1989-cu ildən bəri İngiltərə çempionatında ən pis başlanğıcını edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 6191

Oxşar yazılar