"Mançester Yunayted" dünya futbolunda  ən böyük müqavilə   imzalayacaq
13 sentyabr 2023 19:28 (UTC +04:00)

"Mançester Yunayted" dünya futbolunda ən böyük müqavilə imzalayacaq

0

“Mançester Yunayted”in yeni titul sponsoru ilə müqaviləyə əsasən nə qədər pul qazanacağı məlum olub.

Lent.az bildirir ki, “Thee Telegrap”ın məlumatına görə, “Qualcomm Technologies” şirkəti ilə 2024/25 mövsümündən qüvvəyə minəcək müqavilə İngiltərə klubuna ildə 60 milyon funt-sterlinq qazandıracaq.

Bu, “Real”ın “Fly Emirates” hava şirkəti  ilə müqaviləsini üstələyən dünya futbolunda ən böyük belə müqavilə olacaq. “Mançester Yunayted”in köynəklərində “Qualcomm”un Snapdragon çipsetlərinin loqotipi əks olunacaq.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 16122

Oxşar yazılar