“Mançester Siti” bəraət almasa,  Qvardiola gedəcək
07 fevral 2023 00:56 (UTC +04:00)

“Mançester Siti” bəraət almasa, Qvardiola gedəcək

0

İngiltərə klubu maliyyə fırıldaqlarında təqsirli bilinərsə, "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola istefa verəcək.

Lent.az xarici mediaya istinadla bildirir ki, İngiltərə Premyer Liqası rəsmi olaraq “Mançester Siti”ni 2009-2018-ci illər ərzində 100-dən çox maliyyə qaydalarını pozmaqda ittiham edib. “Mançester Siti” iddiaları təkzib edə bilməsə, o zaman kluba qarşı sanksiyalar tətbiq olunacaq.

“Mançester Siti” xalların silinməsi, transferlərə qadağa qoyulması və yeni oyunçuların qeydiyyatı, Premyer Liqadan qovulması, illər ərzində qazanılan titullardan məhrum edilməsi kimi sanksiyalarla üzləşə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1054

Oxşar yazılar