Mahir Emreli Xorvatiya çempionu olub.
Lent.az Apasport.az saytına istinadən xəbər verir ki, Azərbaycan millisinin futbolçusu bu titula Zaqreb “Dinamo”su ilə nail olub.
Paytaxt təmsilçisi qızıl medalları XXXV turda təmin edib. “Şibenik”in qonağı olan “Dinamo” rəqib meydanında 2:0 hesablı qələbə qazanıb. Mahir bu görüşü ehtiyat oyunçular skamyasında keçirib.
Bununla da xal hesabını 76-ya çatdıran “Dinamo” ən yaxın izləyicisi “Xayduk” üçün əlçatmaz olub. Split klubunun aktivində 72 xal var.
Qeyd edək ki, “Dinamo” ardıcıl 5-ci, ümumilikdə 23-cü dəfə Xorvatiya çempionu adını qazanıb.