"Roma"nın hücumçusu Paulo Dibala A seriyasının 4-cü turunda "Empoli"yə qalib gəldikləri oyundan (7:0) sonra romalıların yeni hücumçuları Romelu Lukaku və Serdar Azmun haqqında danışıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, Dibala start heyətinə daxil olaraq dubl edib, qollardan birini penaltidən vurub. Lukaku da ilk dəqiqələrdən meydana çıxıb və qollardan birini vurub. O, 84-cü dəqiqədə Azmunla əvəzlənib.
“Lukaku, Azmun, Ndikanın və bütün yeni oyunçuların gəlişindən məmnunam.
Penalti? Burada eqoizm yoxdur: 11 metrlik zərbəni yerinə yetirmək istəyən mətləbə gəlir. Bəzi penaltiləri mən, bəzilərini isə komanda yoldaşlarım yerinə yetirəcək”, - Dibala bildirib.