“Liverpul” “Real”dan onu almaq istəyir
12 iyun 2023 19:21 (UTC +04:00)

“Liverpul” “Real”dan onu almaq istəyir

0

"Liverpul" "Real"ın yarımmüdafiəçisi Federiko Valverdeni transfer etməyi düşünür. 

Lent.az bildirir ki, bu barədə “El Nacional” məlumat yayıb.

Mənbənin məlumatına görə, Madrid klubu “qırmızı-qaralar”ın uruqvaylı üçün ilk 60 milyon avroluq təklifini rədd edib. Bildirilir ki, ingilis komandası 24 yaşlı futbolçu ilə müqavilə imzalamaq üçün yeni cəhd etmək və sövdələşmədə 20 milyon bonus da daxil olmaqla “Kral klubu”na"80 milyon avro təklif etmək niyyətindədir.

"Liverpul" "Brayton"dan yarımmüdafiəçi Aleksis Mak Allister ilə müqavilə imzaladığını açıqlayıb.

Xatırladaq ki, Valverde 2016-cı ildən "Real”dadır. Ötən mövsüm Karlo Ançelotti komandasının heyətində 56 oyun keçirib, 12 qol vurub və 7 məhsuldar ötürmə verib. Onun kral klubu ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1769

Oxşar yazılar