“Liverpul” “Bavariya”nın yarımmüdafiəçisini transfer etdi
02 sentyabr 2023 01:00 (UTC +04:00)

“Liverpul” “Bavariya”nın yarımmüdafiəçisini transfer etdi

0

İngiltərənin “Liverpul” klubu Almaniyanın “Bavariya”sından yarımmüdafiəçi Rayan Qravenberxi transfer edib.

Lent.az xəbər verir ki, bu barədə Mersisayd təmsilçisi məlumat yayıb.

Niderlandlı futbolçu bu gün məşq mərkəzində tibbi müayinədən keçib və uzun müddətli müqavilə bağlayıb. O, “Liverpul”da 38 nömrəli formanı geyinəcək.

İnsayder Fabritsio Romanonun sözlərinə görə, 21 yaşlı futbolçu “qırmızılar”a 40 milyon avroya başa gəlib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2342

Oxşar yazılar