Lamin Yamalın yeni sevgilisi  var - İnes Qarsiya ilə tanış olun - FOTOLENT
21 may 2026 09:37 (UTC +04:00)

Lamin Yamalın yeni sevgilisi var - İnes Qarsiya ilə tanış olun - FOTOLENT

0

Lamin Yamal "Selta"ya qarşı penalti zərbəsini yerinə yetirərkən əzələ zədəsi alıb və mövsümün qalan hissəsində oynaya bilməyəcək. 

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, onun Dünya çempionatında oynayacağı gözlənilir, amma İspaniyanın ilk iki oyununu buraxa bilər.

"Bu zədə məni meydanda olmağı ən çox istədiyim bir vaxtda sıradan çıxardı və izah edə bilməyəcəyim qədər ağrıdır. Komanda yoldaşlarımla birlikdə mübarizə apara bilməyəcəyim, komandanın mənə ehtiyacı olanda kömək edə bilməyəcəyim məni ağrıdır. Amma mən onlara inanıram və bilirəm ki, hər oyuna ürəklərini və canlarını qoyacaqlar.

Həmişəkindən daha güclü, daha çox istəklə qayıdacağam və gələn mövsüm daha da yaxşı olacaq", - 18 yaşlı futbolçu yazıb.

Lamin futbolsuz vaxtını boşa sərf etmir: görünür, yeni sevgilisi var.

Tanış olun, İnes Qarsiya!

İnes və Laminanın münasibətləri haqqında şayiəni tabloid jurnalistika üzrə ixtisaslaşmış ispan idman jurnalisti Xavi Oyos yayıb. O yazıb ki, cütlük Barselona yaxınlığında, Balear dənizinin sahilində yerləşən La Cúpula Garraf restoranında birlikdə görünüb.

Oyosun sözləri inandırıcı gəlir, çünki ötən ilin sonlarında Yamalın argentinalı hip-hop sənətçisi Niki Nikoldan ayrıldığını bildirən şəxs məhz o olub. Və bu, doğru çıxıb.

Sosial mediada sadə bir axtarış Lamin və İnesin hekayələrində eyni yerdən olan şəkilləri ortaya çıxarır. İşin üstü açılıb!

Daha sonra Yamalın yeni sevgilisi haqqında xəbəri mərkəzi ofisi Barselonada yerləşən İspaniyanın gündəlik idman qəzeti “Mundo Deportivo” yayıb. Tabloid hesab olunsa da, bu media orqanı, şübhəsiz ki, açıq-aşkar cəfəngiyat və ya qəsdən yalan dərc etməyəcək.

Xəbər yayıldıqdan sonra İnesin “Instagram” hesabı təsadüfi paylaşımlara şərhlərlə dolub daşıb. Orada "Barsa" azarkeşləri futbolçunun GIF-lərini paylaşıblar və siyahının başında naməlum bir istifadəçinin yalvarışını tapmaq olar: "Xahiş edirəm Lamini rahat buraxın!"
İnes Qarsiya Santos 2005-ci ildə anadan olub. O, 20 yaşındadır, Yamaldan iki yaş böyükdür.

 

Onun doğulduğu şəhər Sevilyadır. Yeri gəlmişkən, Lamin Əndəlüs paytaxtının klublarına qarşı 12 oyun keçirib və onlardan onunda qalib gəlib!

İnes model və bloqçudur. Onun “Instagram”da təxminən 85.000, TikTokda isə 50.000-dən çox izləyicisi var və onlar 50 milyon bəyənmə qazanıblar!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 202

Oxşar yazılar