Dünyada elektrikli avtomobillərin satışı artıb  – İran müharibəsinə  görə
20 may 2026 19:07 (UTC +04:00)

Dünyada elektrikli avtomobillərin satışı artıb – İran müharibəsinə görə

0

İranla bağlı münaqişə və yanacaq qiymətlərinin artması fonunda dünya miqyasında elektrikli nəqliyyat vasitələrinin satışları artır.

Lent.az bildirir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) proqnozuna istinadən “Financial Times” qəzeti məlumat yayıb.

Agentlik 2026-cı ilə qədər elektrikli nəqliyyat vasitələri və hibridlərin qlobal avtomobil bazarının təxminən 30 faizini təşkil edəcəyini təxmin edir. Bu cür nəqliyyat vasitələrinin satışları 2025-ci ildəki 20 milyon çoxdan 23 milyon ədədə çata bilər. 

Beynəlxalq Enerji Agentliyi (IEA) qeyd edir ki, tələbatın artması daha ucuz batareyalar və İrandakı münaqişənin yaratdığı enerji böhranı fonunda istehlakçıların yanacaq xərclərini azaltmaq istəyi ilə əlaqədardır. Ən yüksək satış artım templəri Asiya-Sakit Okean regionunda və Latın Amerikasında gözlənilir.

“Financial Times” vurğulayır ki, Avropada elektrik və hibrid nəqliyyat vasitələrinin satışları 2026-cı ilə qədər təxminən 20 faiz artaraq satılan bütün avtomobillərin üçdə birinə çata bilər. Qlobal elektrik nəqliyyat vasitələri istehsalının təxminən 75 faizini təşkil edən Çində qiymətlər düşməyə davam edir və yerli istehsalçıların ixracı artır.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 286

Oxşar yazılar