Klub prezidenti: “Tutuquşuya oxşayardım”
19 may 2022 04:49 (UTC +04:00)

Klub prezidenti: “Tutuquşuya oxşayardım”

0

“Napoli” “Fulhem”dən icarəyə götürdüyü Andre Zambo Anqissanı transfer edib.

Lent.az-ın Apasport.az saytına istinadla məlumatına görə, bunu İtaliya klubunun prezidenti Aurelio de Laurentis açıqlayıb.

O bildirib ki, yarımmüdafiəçinin icarə müqaviləsindəki sonradan almaqla bağlı bənd aktivləşdirilib: “Anqissa “Napoli”də qalacaq. Onsuz da aydın olan şeyləri hər gün danışsam, tutuquşuya oxşayardım”.

Qeyd edək ki, “Napoli” kamerunlu yarımmüdafiəçi üçün 15 milyon avro ödəyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1669

Oxşar yazılar