Rusiyanın “Legion” futbol klubunun prezidenti Şamil Laxiyalov hakimlikdəki rüşvətdən danışıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, Laxiyalov hakimlərin qələbə üçün istədikləri pulu açıqlayıb:
“Beləliklə, öyrəndik ki, qələbə - 50 min, penalti - 10 mindir. Yeddi-səkkiz il əvvəl belə idi, indi bilmirəm”.
Mahaçqala “Legionu” üçüncü güclü Rusiya liqasında - ikinci divizionda çıxış edir. Bu mövsüm 18 turdan sonra komanda 13 xalla 1-ci qrupda 11-ci pillədə qərarlaşıb.