"Tottenhem"in hücumçusu Harri Keyn yay transfer pəncərəsində "Mançester Yunayted"ə keçmək istəyir.
Lent.az bildirir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Qeyd edək ki, daha əvvəl mankunianlar “Tottenhem”in maliyyə tələblərinə görə ingilis futbolçu ilə bağlı danışıqlardan geri çəkilib. Komanda futbolçu üçün təxminən 117 milyon avro almaq istəyir.
Mənbənin bildirdiyinə görə, 29 yaşlı hücumçu London klubunun rəhbərliyi hücumçunun transfer qiymətini aşağı salacağı təqdirdə Erik ten Haqın komandasının onunla maraqlana biləcəyinə əmindir.
Əlavə edirik ki, Keyn “Tottenhem”in yetirməsidir. 2022/2023 mövsümündə o, londonluların heyətində 49 matçda iştirak edib, 32 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2024-cü ilin iyunun sonunda başa çatır.