Bir neçə ay əvvəl Azərbaycan milli komandalarına məşqçi təyin olunan Kamran Ağayevin vəzifəsi konkretləşib.
Lent.az Apasport.az saytına istinadən xəbər verir ki, yığmanın sabiq qolkiperi əsas yığmada çalışacaq.
38 yaşlı veteran Canni de Byazinin rəhbərlik etdiyi məşqçilər korpusunda yer alıb. Ağayev komandada qapıçılarla işləyən məşqçi vəzifəsini yerinə yetirəcək.