Jirunun hansı kluba  keçə biləcəyi   məlum oldu
20 mart 2024 14:23 (UTC +04:00)

Jirunun hansı kluba keçə biləcəyi məlum oldu

0

"Milan"ın və Fransa yığmasının hücumçusu Olivye Jiru bu yay Avropa futbolunu tərk edə bilər.

Lent.az bildirir ki, bu barədə “ The Athletic” xəbər verir.

Mənbənin məlumatına görə, 37 yaşlı futbolçu MLS-in “Los-Anceles” klubu tərəfindən nəzərdən keçirilir. Bu komandada Jirunun Fransa millisindəki keçmiş partnyoru, qapıçı Uqo Lloris çıxış edir. Amma hələlik transferlə bağlı heç bir razılaşma yoxdur.

Jiru İtaliya klubuna 2021-ci ildə "Çelsi"dən keçib. Jiru bu mövsüm "Milan"ın heyətində 36 oyunda 14 qol vurub və 9 məhsuldar ötürmə edib.

Fransa millisinin heyətində Jiru 2018-ci ildə dünya çempionu olub.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 6602

Oxşar yazılar