İtaliyada məğlub klubun azarkeşləri stadionu yandırdılar - VİDEO
06 sentyabr 2023 13:58 (UTC +04:00)

İtaliyada məğlub klubun azarkeşləri stadionu yandırdılar - VİDEO

0

İtaliyanın C Seriyasında (üçüncü divizion) “Foqcia” klubunun azarkeşləri ölkə çempionatının növbəti oyunundan sonra təsadüfən “Taranto” stadionunu yandırıblar.

Lent.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.

Görüş 2:0 hesabı ilə “Taranto”nun xeyrinə başa çatıb, bundan sonra qonaq azarkeşlərin sektorunda yanğın başlayıb.

Qeyd olunur ki, yanğına səbəb “Foqcia” azarkeşləri tərəfindən yandırılan tüstü bombalarından biri olub. Belə ki, tüstü bombası stendlərin altında saxlanılan plastik materiallara və qatran rulonlarına keçib.

Maraqlıdır ki, təxminən 250 nəfər olan “Foqcia” azarkeşləri stadiona gedərkən qəzaya düşüb və matçın ikinci hissənin ikinci yarısında tribunaya çıxıblar. Tribunalara çatan kimi onlar dərhal tüstü bombaları yandırmağa və atəşfəşanlıq etməyə başlayıblar. Hadisə yerinə gələn yanğınsöndürənlərə isə daş atıblar.

Nəticədə bütün gecə yanğının söndürülməsi üçün işlər görülüb. Oyun sonrası mətbuat konfransları ləğv olunub, səfər tribunaları yararsız elan edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2862

Oxşar yazılar